“İstanbul Genetics Klinika” və "Sevil-Tibb Mərkəzi" cərimələnir - Qanunsuz işçi çalışdırmaq...

OXUNUB: 488 HADİSƏ
Gəncə şəhərində yerləşən "İstanbul Genetics Klinika” və "Sevil-Tibb Mərkəzi" barəsində qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə cərimə protokolu yazılıb.

Hər iki MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Gəncə Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, "İstanbul Genetics Klinika" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Miriyev Seyfəddin İsmayıl oğlu, "Sevil-Tibb Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi isə İbrahimova Sevil İsgəndər qızıdır.

RƏYLƏR