İstanbulda Ərdoğanla Putin arasında danışıqlar başa çatıb - YENİLƏNİB

OXUNUB: 5454 DÜNYA
İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən danışıqlar başa çatıb. Ərdoğan və Putin arasında görüş saat yarımdan çox çəkib. Rusiya və Türkiyə liderləri nümayəndə heyətlərinin iştirakı olmadan təkbətək formatda görüş keçiriblər. Görüşdə liderlərdən savayı tərcüməçilər də iştirak ediblər. Liderlər iki ölkə arasında əməkdaşlığa dair məsələləri, eləcə də Suriya və və Liviya daxil olmaqla regiondakı vəziyyəti və ABŞ-la İran arasında yaranan gərginliyi müzakirə ediblər.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin "Türk axını" qaz kəmərinin açılışında iştirak etmək üçün İstanbulda işgüzar səfərdədir.

RƏYLƏR