İstanbulda hotel və yataqxana yandı

OXUNUB: 744 DÜNYA

İstanbulda hotellərdən birində yanğın olub. Yanğın səhər saat 4:00 radələrində baş verib.

 Yanğın nəticəsində xəsarət alan olmayıb, hotel sakinləri dərhal təxliyyə edilib. Lakin yanğının yaxınlıqdakı tələbə yataqxanasına keçməsinin qarşısını almaq mümkün olmayıb. Yataqxanada olan tələbələr də dərhal təxliyyə edilib.

Yanğının baş vermə səbəbləri məlum deyil. Hadisə ilə bağlı polis araşdırmaya başlayıb./trend

İcmal.Az

RƏYLƏR