İsveç parlamenti ölkənin NATO-ya üzv olmasına icazə verən qanun layihəsini qəbul edib.
7NEWS.az xəbər verir ki, bu gün İsveç parlamentində keçirilən səsvermədə NATO-ya üzvlük 37 əleyhinə 269 səslə təsdiqlənib. Sol Partiya və Yaşılların Ətraf Mühit Partiyası NATO üzvlüyünün əleyhinə səs verib.
İsveçin NATO-ya üzv olması üçün Türkiyə və Macarıstanın razılığı lazımdır. Hazırda 28 NATO ölkəsi Finlandiya və İsveçin NATO üzvlüyünü qəbul edib.
7NEWS.az