İsveçdə Qurana hücumun qarşısını almağa çalışan 15 nəfər saxlanılıb

OXUNUB: 140 Özəl DÜNYA
İsveçin Malmö şəhərində müsəlmanların cəmləşdiyi Varnhemstorget bölgəsində polisin himayəsi altında Qurana hücum edən İraq əsilli Salvan Momikanın qarşısını almağa çalışan 15 nəfər saxlanılıb.

7NEWS.az xəbər verir ki, hadisə yerinə geniş polis mühafizəsi ilə gələn Momika reaksiyalara baxmayaraq Quranı yandırıb. Ətrafa toplaşan 100-ə yaxın nümayişçi Momikaya və polisə daş və butulka atıb. Bunun üzərinə polis Momikanı hadisə yerindən qaçırarkən nümayişçilərlə polis arasında əlbəyaxa dava düşüb. Hadisədən sonra polis 15 nəfərin saxlanıldığını açıqlayıb. Malmö polisinin açıqlamasında aksiyanın çox şiddətli keçdiyi və vaxtaşırı iğtişaşların yaşandığı bildirilib. Bildirilib ki, polis yenidən hadisə baş verəcəyi təqdirdə ərazidə müşahidə aparmağa başlayıb.

7NEWS.az

RƏYLƏR