İt şəhərin mərkəzində azyaşlıya hücum etdi – VİDEO

OXUNUB: 721 SOSİAL

Bu videogörüntülər dünən Bakının mərkəzində lentə alınıb. Videodan göründüyü kimi, rotveller cinsli it 4-5 yaşlı azyaşlıya hücum edir, onu asfaltın üzərində sürüyür, paltarını dartışdırır, parçalamağa çalışır. 

Uşağın qorxudan necə qışqırması da videolentdə aydın şəkildə eşidilir. Onun ciddi psixoloji travma aldığı da şübhəsizdir.

Qeyd edək ki, bu hadisə ilk deyil. Şəhərin mərkəzində it gəzdirən şəxslər çox vaxt təhlükəsizlik qaydalarına riayət etmir, itlərini buruntaq olmadan, ağzıaçıq şəkildə gəzdirirlər. Üstəlik, sahibli itlər çox vaxt aqressiv it cinslərindən olur, ətrafda dolaşanların adi bir hərəkətindən acıqlanır və hücum edirlər. 

Bu da həmin hadisələrdən biridir. Bu üzdəndir ki, şəhərin mərkəzində bu cür itləri görən şəxslər qorxur, onladan bir qədər yan ötməyə çalışırlar.

Onu da qeyd edək ki, bir sıra Avropa ölkələrində sahibi olan itlərin insanlara hücum etməsinə görə böyük cərimələr nəzərdə tutulur.

İcmal.Az

RƏYLƏR