İtaliya Hərbi Hava Qüvvələrinə (Aeronautica Militare) məxsus Eurofighter Typhoon tipli qırıcı təyyarənin Siciliya adasının qərbində dənizə düşdüyü bildirilib.
7NEWS.az xəbər verir ki, İtaliya mətbuatında yer alan xəbərlərdə bu gün günorta saatlarında təlim uçuşundan sonra Siciliya adasındakı Trapani Birgi hava limanındakı bazasına dönən İtaliya Hərbi Hava Qüvvələrinə aid döyüş təyyarəsi ilə əlaqənin kəsildiyi bildirilib.
Xəbərdə təyyarənin hava bazasından 8 mil cənub-şərqdə dənizə düşdüyü və dərhal sözügedən ərazidə axtarış-xilasetmə işlərinə başlanıldığı bildirilib.
Çox funksiyalı qırıcı ələ keçirən Eurofighter Typhoon tipli döyüş təyyarəsinin düşdüyü bölgədə hava axtarışlarına vertolyotun dəstək verdiyi, təyyarənin tək yerlik model olduğu və yaxınlaşarkən naməlum səbəbdən qəzaya uğradığı paylaşıldı.
7NEWS.az