7NEWS.az xəbər verir ki, İtaliya Sahil Mühafizəsi qrupları və Krotone şəhərinin Steccato di Cutro şəhərinin sahilində yanğınsöndürmə idarəsinin işi nəticəsində daha 4 immiqrantın cəsədi dənizdən çıxarılıb. Bununla da təbii fəlakətdə həyatını itirənlərin sayı 63-ə yüksəlib. 180-250 immiqrantın olduğu bildirilən qayıqda 80 nəfər xilas edilərkən, immiqrantların çoxunun İraq, İran, Əfqanıstan və Suriyadan gəldiyi qeyd edilib. Bildirilib ki, insan qaçaqmalçısı olmaqda şübhəli bilinən 4 nəfər saxlanılıb. Digər tərəfdən cənazələr dənizdən çıxarılaraq qəsəbədəki idman salonuna gətirilərkən salonun önünə çoxlu sayda insanın ölən mühacirlərin xatirəsinə gül və şam qoyduğu görülüb.
7NEWS.az