İtaliya və Liviya arasında 8 milyard dollarlıq enerji müqaviləsi bağlanıb

OXUNUB: 206 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Baş nazir Giorgia Meloni, xarici işlər naziri Antonio Tajani və daxili işlər naziri Matteo Piantedosinin Tripoliyə səfərində İtaliyanın enerji nəhəngi Eni şirkətinin baş direktoru Klaudio Deskalzi də iştirak edib. Səfər zamanı Eni ilə Liviyanın enerji şirkəti Noc arasında 8 milyard dollarlıq müqavilə imzalanıb. İctimai yayımçı Rai-nin xəbərinə görə, müqavilə çərçivəsində İtaliyanın Şimali Afrikadan Avropaya təbii qaz nəqli üçün "təchizat mərkəzi" kimi fəaliyyət göstərməsi hədəflənir. İtaliya 2026-cı ildən Liviyanın iki yatağında qaz hasilatına investisiya qoymağı planlaşdırır. Bildirilir ki, iki ölkə arasında qaz müqaviləsi son 20 ildə Liviyada enerji sektoruna yatırılan ən böyük tək sərmayədir. İtaliya Ukraynanın işğalından sonra Rusiyadan enerji asılılığından xilas olmaq üçün Şimali Afrikadan enerji almağa diqqət yetirir.

RƏYLƏR