Milanda Çezare Bekkariya həbsxanasından 17-19 yaş arası 7 məhbus qaçıb.
7NEWS.az xəbər verir ki, İtaliyanın Milan şəhərində azyaşlıların saxlandığı həbsxanadan 7 nəfərin qaçdığı bildirilib. Bazar günü günorta saat 16:30 radələrində Milanda Çezare Bekkariya həbsxanasından 17-19 yaş arası yeddi məhbus qaçıb. Bildirilib ki, həbsxananın həyətində aparılan işlərdən istifadə edən 7 məhbus məftil hasarını sındıraraq həbsxananı əhatə edən divarı aşıb.
Qaçanlardan 2-si qısa müddətdə yaxalanıb. Bu arada qaçış cəhdi ilə əlaqədar bəzi məhbusların etiraz əlaməti olaraq bir neçə kameranı yandırdığı, təhlükəsizlik qüvvələri və yanğınsöndürənlərin də hadisələrə müdaxilə etdiyi öyrənilib. Mətbuatda Milan Baş Prokurorluğunun qaçmağa cəhdlə bağlı araşdırma apardığı və Milan Qubernatorluğunda baş verənlərlə bağlı iclas keçirəcəyi bildirilib.
7NEWS.az