İtaliyada daşqından sonra xilasetmə işləri davam edir

OXUNUB: 232 Özəl DÜNYA
İtaliyanın şimalındakı Emilia-Romanya bölgəsində leysan yağışlar nəticəsində meydana gələn seldən sonra xüsusilə Çesena bölgəsində axtarış-xilasetmə işləri davam edir.

7NEWS.az xəbər verir ki, İtaliya yanğınsöndürmə briqadası Vigili del Fuoco axtarış-xilasetmə işlərinin 48 saatdır davam etdiyini açıqlayıb. Yanğınsöndürmə xidmətinin verdiyi açıqlamada 900 nəfərin və 2 min müxtəlif hadisəyə müdaxilə edildiyi bildirilib. Seldə 9 nəfər həyatını itirib.

7NEWS.az

RƏYLƏR