İtaliyada mafiya ovu davam edir — 26 nəfər həbs edildi

OXUNUB: 830 DÜNYA
İtaliya polisi sübh saatlarında 26 nəfəri həbs edib.

Həbs edilənlər qüdrətli Santapaola mafiya klanının üzvləridir. Bu qruplaşma Siciliyanın Kataniya şəhərində narkotik maddə satışını öz əlində cəmləyib.

Kataniya prokurorluğundan verilən məlumata əsasən həbs edilənlərə qarşı mafiya fəaliyyəti, narkotik maddə alveri, qanunsuz silah saxlama, soyğunçuluq və çirkli pulların yuyulması ittihamı irəli sürülüb.

İki illik təhqiqatdan sonra hüquq-mühafizə orqanları cümə axşamı 100-dən çox yerdə axtarış aparıblar. Başçısı Andrea Luka Nitsa olan təhlükəli cinayətkar qruplaşma zərərsizləşdirilib. İstintaqın fikrinə görə məhz Andrea Kataniyada narko kartelin yaradılmasının təşəbbüskarı olub. O, Santapaola ailəsinin icazəsi əsasında fəaliyyət göstərib.

Qeyd edək ki, Santapaola ailəsinin də 54 üzvü həftənin çərşənbə günü həbs edilmişdi./olke.az
 

İcmal.Az

RƏYLƏR