İtaliyada qış aylarında yağıntıların az olması səbəbindən başlayan quraqlığın önümüzdəki aylarda milyonlarla insanın krandan su kəsilməsi ilə üzləşməsinə səbəb ola biləcəyi bildirilib.
7NEWS.az xəbər verir ki, İtaliyadakı su ehtiyatlarından məsul konsorsium olan ANBI-nin prezidenti Francesco Vincenzi, verdiyi yazılı açıqlamada, əllərində olan məlumatlara uyğun olaraq, ən azı 3,5 milyon italiyalının kran suyuna çıxışının önümüzdəki aylarda kəsilə biləcəyini söylədi.
Vinçenzi ölkənin ən böyük axını və mühüm su mənbəyi olan Po çayında suyun səviyyəsinin rekord həddə olduğunu qeyd edib.