İtaliyada sərnişin qatarı relsdən çıxdı

OXUNUB: 770 DÜNYA

İtaliyada torpaq sürüşməsi nəticəsində sərnişin qatarı relsdən çıxıb.

 Şənbə günü leysan və dolu ilə müşahidə olunan fırtına İtaliyanın şimal-şərqində Trentino-Alto-Adice əyalətində torpaq sürüşməsinə yol açıb.

Torpaq sürüşməsi bu gün 80 sərnişinin olduğu qatarın relsdən çıxmasına səbəb olub. Qatarın relsdən çıxması nəticəsində xəsarət alan olmayıb.

İcmal.Az

RƏYLƏR