7NEWS.az xəbər verir ki, İtaliyanın şimalındakı Maggiore gölündə turistləri daşıyan qayıq batıb. İtaliya yanğınsöndürmə idarəsi 4 nəfərin cəsədinə çatıldığını, 3 nəfərin itkin düşdüyünü, 19 nəfərin isə xilas edildiyini açıqlayıb. Hadisə İtaliyanın Milan şəhərinin şimalındakı Maggiore gölündə baş verib. Turistlərin ad günü şənliyi üçün icarəyə götürdüyü 16 metrlik qayıq güclü yağış və tufan nəticəsində batıb. Qəzada 4 nəfərin cəsədinə çatdırıldığı, 19 nəfərin xilas edildiyi, itkin düşən 3 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyi öyrənildi.
7NEWS.az