İtaliyanın şimalında fırtınada turistləri daşıyan qayığın batması nəticəsində 4 nəfər ölüb.
7NEWS.az xəbər verir ki, İtaliyanın şimalındakı Maggiore gölündə ad gününü qeyd edən turistləri daşıyan qayıq ötən gecə fırtınaya düşüb. İçərisində azı 25 nəfərin olduğu qayığın batması nəticəsində 4 nəfər həyatını itirib. İçərisində İngiltərə, İtaliya və İsrail vətəndaşlarının olduğu qayıq batdıqdan sonra gölə düşən turistlərin bəziləri sahilə çıxa bilib.
7NEWS.az