İtaliyanın Kataniya şəhərində hava limanında baş verən yanğın səbəbindən uçuşlar dayandırılıb

OXUNUB: 141 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, İtaliya mətbuatında yer alan xəbərə görə, dünən gecə Kataniya hava limanında hələ naməlum səbəbdən yanğın baş verib. Yanğın yanğınsöndürənlərin köməkliyi ilə söndürülüb. Hadisə zamanı ölən və yaralananların olmadığı, yanğın zamanı hava limanında sərnişinlər arasında panikanın olduğu qeyd edilib. İtaliya Yanğınsöndürmə Briqadası (Vigili del Fuoco) Twitter hesabında "Kataniya Vincenzo Bellini Hava Limanı A Terminalının birinci mərtəbəsinin bəzi hissələrində 4 komandanın iştirak etdiyi yanğına cavab bu səhər saat 05:40-da başa çatdı. Hava limanı sərnişin axınına bağlanıb”- deyə bildirilib.

7NEWS.az

RƏYLƏR