İtaliyanın yeni baş naziri Giorgia Meloni ilk dəfə Romada qeyri-rəsmi görüşdə Fransa prezidenti Emmanuel Makronla görüşüb.
7NEWS.az xəbər verir ki, dünən and içən və bu gün baş nazir olan Giorgia Meloni katolik qeyri-hökumət təşkilatı Saint Egidio Community-nin sülh tədbirində iştirak etmək üçün Romaya səfər edən Fransa prezidenti Emmanuel Makron ilə görüşüb. İtaliya Baş Nazirliyindən verilən yazılı açıqlamada Meloni və Makronun bir saatdan çox davam edən qeyri-rəsmi görüşünün səmimi və məhsuldar keçdiyi bildirilib.
7NEWS.az