IV İslam Həmrəyliyi Oyunlarının həsr olunmuş fləşmob — VİDEO

OXUNUB: 897 İDMAN
Təhsil Nazirliyinin təşkilatçılığı ilə Dənizkənarı Milli Park ərazisində IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş məktəblilərdən ibarət yürüş, fləşmob və konsert keçirilib.


İcmal.Az-ın Trend-ə istinadən məlumatına görə, tədbirin keçirilməsində əsas məqsəd IV İslam Həmrəyliyi Oyunlarının məktəblilər arasında təbliği, onların idmana və yaradıcılığa maraqlarının artırılması, eyni zamanda asudə vaxtlarının səmərəli təşkilindən ibarət olub.

1500 nəfərə yaxın məktəblinin qoşulduğu yürüşün ardınca 350 nəfər məktəblinin iştirakı ilə fləşmob tәqdim olunub. Eyni zamanda yürüş zamanı Oyunlarda iştirak edəcək dövlətlərin bayraqları nümayiş olunub.

Daha sonra tədbir Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Uşaq-Gənclər Yaradıcılıq mərkəzlərinin bədii kollektivlərinin konsert proqramı ilə davam etdirilib.‎


RƏYLƏR