Hindistan keçiriləcək Qlobal Sahibkarlıq Sammitində ABŞ prezidentinin qızı İvanka Tramp da iştirak edəcək.
Sammit ölkənin Heydərabad şəhərində keçiriləcək. Prezidentin qızının təhlükəsizliyini təmin etmək üçün 10 min polis xüsusi rejimdə çalışacaq.
"Daily Mail" nəşrinin yazdığı məlumata görə, polislər artıq mərkəzi küçələrdə olan evsizləri ərazidən uzaqlaşdırmağa başlayıblar. İlkin məlumatlara görə, nə az nə çox, düz 6 mindən çox evsiz adam reabilitasiya mərkəzlərinə yerləşdirilib.
Xatırladaq ki, Qlobal Sahibkarlıq Sammitində 150 ölkəni təmsil edəcək 1200-dən çox sahibkar iştirak edəcək./publika
İcmal.Az

























