İyun ayında Çində sənaye istehsalı artdı

OXUNUB: 152 Özəl DÜNYA
İyun ayında Çində sənaye istehsalı gözlənilmədən güclü artım göstərdi. İlin ikinci rübündə artım sürətlənsə də, gözləntilərin altında qaldı. 

7NEWS.az xəbər verir ki, İyun ayında Çində sənaye istehsalı 4,4 faiz artıb. May ayında yüzdə 3,5 olan sənaye istehsalı artımının iyun ayında yüzdə 2,5-ə qədər yavaşlaması gözlənilirdi. İyun ayında pərakəndə satışlardakı artım isə may ayında yüzdə 12,7-dən iyunda yüzdə 3,1-ə gerilədi. İqtisadçılar 3,3 faiz artım gözləyirdilər. 

Çinin əsas kapitala investisiyaları 2023-cü ilin ilk 6 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə yüzdə 3,8 artıb. İlk 5 ayda artım 4 faiz olub. İqtisadçılar isə ilk 6 ayda artımın yüzdə 3,4 olduğunu təxmin edirdilər. 

Şəhərlərdə işsizlik səviyyəsi dəyişməyərək 5,2 faiz təşkil edib. 

7NEWS.az

RƏYLƏR