7NEWS.az xəbər verir ki, Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) James Webb Kosmik Teleskopu kosmosda indiyədək heç vaxt görünməyən qalaktikanın görüntüsünü çəkib.
PEARLS çərçivəsində James Webbin çəkdiyi foto ilə "almaz" kimi parlayan yeni qalaktika nümayiş olundu. Fotonun kainatın ilk "görünən ən qaranlıq görünən səma cismi" və "ən böyük sahəsi"ndən biri olduğu bildirilib.
Kosmosun Şimal Ekliptika Qütbü adlanan hissəsinə fokuslanan James Webb teleskopu çılpaq gözlə görüləndən 1 milyard dəfə daha sönük göy cisimlərini təsvir etmək üçün səkkiz fərqli rəngə yaxın infraqırmızı işıqdan istifadə etdi.
Şəkli kəskinləşdirmək üçün tədqiqatçılar James Webb məlumatlarını Hubble Kosmik Teleskopu tərəfindən çəkilmiş ultrabənövşəyi və görünən işığın üç rəngi ilə birləşdirdilər.
7NEWS.az