JAXA raketinin mühərriki sınaq zamanı partlayıb

OXUNUB: 195 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi tərəfindən hazırlanmış Epsilon S raketinin mühərriki yerli vaxtla saat 09:00 radələrində Akita əyalətindəki Noshiro Raket Sınaq Mərkəzində partlayıb. Sınaq başlayandan 57 saniyə sonra baş verən partlayışdan sonra yanğın baş verib. Sınaq meydançasından alovların qalxdığı və yaranan tüstünün yüzlərlə metr hündürlüyə çatdığı görülüb. Yanğının təxminən 2 saat ərzində nəzarətə götürüldüyü açıqlanıb. Qəza zamanı xəsarət alan olmadığı öyrənilərkən, partlayışın səbəbinin müəyyən edilməsi üçün ətraflı araşdırma başladılıb.

7NEWS.az

RƏYLƏR