"Jirinovskinin fikirləri ölkəmizə qarşı açıq təhdid və təxribatdır" - Səbuhi Abbasov

OXUNUB: 245 GÜNDƏM SİYASƏT

7NEWS.az xəbər verir ki, bu sözləri QHT sədri, internet-media ekspert Səbuhi Abbasov Jirinovskinin son çıxışına münasibət bildirərkən deyib: "Jirinovski özbaşına deyil, onu danışdıran qüvvələr var. İndiki halda rus əsgərləri ilə Azərbaycanı təhdid etməsi bu qüvvələrin erməni lobbisi olduğuna işarə edir. Görünən odur ki, uzun illər siyasi arenada olan Jirinovski bu yaşında belə pullu sifarişlər icra edir. Bu adam elə düşünür ki, Azərbaycan 90-cı illərdə qalıb və istədikləri təhdidi asan şəkilə söyləyə bilərlər. Artıq Xarici İşlər Nazirliyi addım atıb, nota verib. Hesab edirəm Vətəndaş Cəmiyyəti, media quruluşları, siyasi müstəvidə olan nüfuzlu şəxslər bu şəxsin cavabını verməli və mövcud reallığı onun diqqətinə çatdırmalıdırlar. Görünən odur ki, Jirinovski 44 günlük Savaşda Azərbaycan əsgərinin dəmir yumruğunu həzm edə bilmir. Bəli, Rusiya böyük dövlətdir və Prezidentlərimiz arasında çox səmimi və sıx münasibət var. Bu münasibətlər Vətən müharibəsindən sonra daha da yaxşılaşdı. Bütün bunlar yalnız erməniləri narahat edə bilər. Bütün bunlara əsaslanaraq demək olar ki, Jirinovski böyük məbləğ müqabilində bütün dəyərlərini satdı"
7NEWS.az

RƏYLƏR