Jurnalistlərin binasında dezinfeksiya işləri aparılıb

OXUNUB: 884 SOSİAL

Yeni növ koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində iyunun 13-də Səbail rayonu Salyan şosesi-2 ünvanında yerləşən jurnalistlərin yaşadığı binada dezinfeksiya işləri aparılıb. 

Belə ki, jurnalistlərin yaşadığı 1-ci binada - ümumilikdə 2 blok, 17 mərtəbəli və 1000 nəfərdən artıq insanın yaşadığı ərazidə kompleks dezinfeksiya tədbirləri həyata keçirilib.

Binada ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılıb.

 

 

RƏYLƏR