Kabildə prezident sarayı yaxınlığında partlayış baş verib: Ölənlər var – VİDEO + YENİLƏNİB

OXUNUB: 856 DÜNYA

İranın Əfqanıstandakı səfiri Kabildə prezident sarayı, Almaniya və İran səfirliyi yaxınlığında baş verən güclü partlayış zamanı yaralanıb.

İcmal.Az xəbər verir ki, bu barədə İranın "İatimad” qəzetinə istinadən "Erem Nyuz” xəbər portalı məlumat yayıb.

"İranın Əfqanıstandakı səfiri Reda Barhami yaralanıb, səfirliyin binasına ciddi zərər dəyib”, - nəşr qəzetdə dərc edilən materialdan sitat gətirib.

Qeyd edilir ki, digər diplomatlar və səfirliyin əməkdaşları xəsarət almayıblar.  

Son məlumata görə, partlayış nəticəsində 80 nəfər ölüb, 350 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. 

---

Əfqanıstanın Səhiyyə Nazirliyi Kabilin mərkəzində baş verən partlayış nəticəsində ölənlərin sayının 65 nəfərə çatdığı barədə məlumat yayıb. 

İcmal.Az xəbər verir ki, bu barədə "TOLONews” telekanalı "Tvitter”də bildirib. 

Qeyd edilir ki, 325 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Bundan başqa, telekanal əməkdaşı Əziz Navinin öldüyü barədə də məlumat yayıb. 

--

Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış olub.

İcmal.Az BBC-yə istinadən xəbər verir. 

Məlumata görə, partlayış şəhərin mərkəzi hissəsində xarici səfirliklər və prezident sarayı yaxınlığında baş verib. 

Partlayış o qədər güclü olub ki, bir neçə yüz metr məsafədə yerləşən evlər zərər görüb. 

Şəhərin mərkəzi hissəsi polis tərəfindən mühasirəyə alınıb. 

"Pajhwok Afghan News” agentliyinin məlumatına görə, partlayış zamanı 10 nəfər ölüb, 100-dən çox adam xəsarət alıb. 

Yaponiyanın "NHK” ictimai televiziyası, partlayış nəticəsində Yapon səfirliyinin iki əməkdaşının xəsarət alması barədə məlumat yayıb. 

İcmal.Az

RƏYLƏR