Əfqanıstanın paytaxtı Kabilin mərkəzində partlayış olub.
İcmal.Az bu barədə "Tolo News”a istinadən xəbər verir.
Telekanalın məlumatına görə, hadisə xarici ölkələrin diplomatik nümayəndəlikləri yerləşən Kabilin Vəzir Əkbər Xan məhəlləsində qeydə alınıb.
Məlumata görə, hadisə zamanı 13 nəfər ölüb, daha 13 nəfər isə yaralanıb.
İcmal.Az

























