Kadırov homoseksuallığa görə Merkeli və Makronu Qroznıya ÇAĞIRDI

OXUNUB: 770 DÜNYA
Çeçenistanın rəhbəri Ramzan Kadırov Fransa prezidenti Emmanuel Makronu və Almaniya kansleri Angela Merkeli homoseksuallarla bağlı vəziyyətlə yaxından tanış olmaq üçün Qroznıya dəvət edib.

Kadırov Çeçenistanda homoseksualların qətlə yetirildiyi haqda deyilənləri böhtan adlandırıb.

"Bu informasiyalar böhtandır. Makronla Merkel vəziyyətlə tanış olmaq üçün Çeçenistana gələ bilərlər. Qapımız açıqdır”, - deyə o bildirib.

Qeyd edək ki, Rusiya KİV-i Çeçenistanda homoseksualların kütləvi həbs və öldürülməsi haqda məlumat yaymışdı. Bundan sonra Qərb liderləri Rusiya prezidenti Vladimir Putinə narahatlıqlarını bildirib./publika
 
 
İcmal.Az

RƏYLƏR