Çeçenistan informasiya naziri Cambulat Umarov Qroznıdakı mitinqdə Myanmanın Arakan əyalətindəki müsəlmaların kütləvi qətliamı haqda kəskin çıxış edib.
Yüz minlərlə müsəlmanın qatıldığı tədbirdə nitq söyləyən nazir deyib: "Siyasi iradə olacağı təqdirdə çeçenlər öz dindaşlarının kafirlərdən müdafiəsinə yollanmağa hazırdır. Allaha and içirəm ki, əgər bizdən asılı olsaydı, oraya elə bir ordu göndərərdik ki, bir ucu o kafirlərin divarlarının yanında dayanar və bu qorxaqların necə qaçdığını seyr edər, digər ucu isə burada – Çeçenistanın ürəyində durardı. Və bu döyüşçülərdən hər biri ölümü, o kafirlərin öz rəzil həyatlarını sevdiklərindən daha çox sevir. Allahu Əkbər!..”
Xatırladaq ki, bir neçə gün öncə Çeçenistan lideri Ramzan Kadırov bəyan etmişdi ki, Myanma müsəlmanlarına görə hətta Moskvaya qarşı da getməyə hazırdır./Moderator.az


Did you find apk for android? You can find new Free Android Games and apps.

























