“Kadr islahatları ən yüksək səviyyədədir” - MÜNASİBƏT BİLDİRİLDİ

OXUNUB: 217 SOSİAL
"Bu gün ölkəmizdə gedən kadr islahatları ən yüksək mərhələdə və səviyyədədir. Etimad göstərilən insanların isə böyük əksəriyyəti özünü doğruldur. Çünki siyasi xətt və tələb olunan məqam da budur: Dürüst işləmək, vətənə, dövlətə faydalı olmaq, vətəndaşın qeydinə qalmaq!” Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.
 
 
Onun sözlərinə görə, siyasi konfiqurasiya dəyişikliyi ciddi şəkildə özünü hiss etdirməkdədir: "Təbii, yaxşı anlamda. Eyni zamanda, məlum konfiqurasiya birbaşa məmur konfiqurasiyasına da sirayət edir və gənc, uğurlu kadrların inkişafı üçün zəmin yaradır.

Möhtərəm Prezidentimiz də öz çıxışlarında dəfələrlə qeyd edib ki, bizim ali məqsədlərimizdən biri neft kapitalını insan kapitalına çevirməkdir. Bəli, ən doğru istiqamət də məhz budur. Çünki insan faktoru çox önəmli faktordur. Təmsilçilik, status, vəzifə - hazırlıqlı kadrların bacaracağı bir işdir. Bu səbəbdən də insanlarımızın təhsilə həvəsi günü-gündən artır. Çünki gənclərimiz anlayır ki, əgər onlar mükəmməl təhsil alsalar, bacarıqlı, hazırlıqlı olsalar həyatda da, işdə də öz layiqli yerlərini tapacaqlar”.

RƏYLƏR