Kafedə işləyən qıza görə adam öldürənə AĞIR CƏZA

OXUNUB: 843 HADİSƏ
Kafedə işləyən qıza görə qətl törətməkdə təqsirli bilinən 1992-ci il təvəllüdlü İlqar Əhmədov və xuliqanlıqda təqsirləndirilən 1983-cü il təvəllüdlü Emin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İcmal.Az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Hakimlər kollegiyasının hökmünə əsasən İlqar Əhmədov 19 il, Emin Cəfərov 8 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, hadisə Binəqədi rayonundakı kafelərdən birində baş verib. Kafedə olan oğlanlardan birinin orada işləyən Aynurəyə sataşması davaya səbəb olub. 2017-ci il yanvarın 1-də həmin ərazidə küçədə 1997-ci il təvəllüdlü Murad Hüseynovun meyiti tapılıb. Hadisəni törətməkdə şübhəli bilinən, 1992-ci il təvəllüdlü İlqar Əhmədov müəyyən edilərək saxlanılıb.
 
Araşdırmalar zamanı məlum olub ki, İlqar Əhmədov Murad Hüseynovun dostu, 1982-ci il təvəllüdlü Rövşən Ağayevə də bıçaq xəsarətləri yetirib. Rövşən Ağayev xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib. İlqar Əhmədov qəsdən adam öldürməkdə, iki və daha çox adamı öldürməyə cəhddə, Emin Cəfərov isə xuliqanlıqda təqsirləndirilib.
İcmal.Az

RƏYLƏR