“Kalaşnikov” şirkəti silah istehsalında son 20 ilin rekordunu qırıb

OXUNUB: 247 Özəl DÜNYA
"Kalaşnikov Şirkətlər Qrupu” 2022-ci ildə silah istehsalının əvvəlki dövrlə müqayisədə yüzdə 40 artımla son 20 ilin ən yüksək göstəricisinə çatdığını açıqlayıb. 

7NEWS.az xəbər verir ki, "Kalaşnikov Şirkətlər Qrupundan” verilən açıqlamada ötən il 45 dövlət sifarişi müqaviləsi və 24 hərbi-texniki əməkdaşlıq müqaviləsinin yerinə yetirildiyi bildirilib və "bunlar şirkət tarixindəki ən böyük müqavilələrdir” ifadəsinə yer verilib. 

Alət istehsalının 2021-ci ilə nisbətən 8 faiz artdığı bildirilən açıqlamada, 2022-ci ildə əvvəlki üç ildəki (2019-2021) ümumi istehsala bərabər miqdarda istehsal edildiyi qeyd edilib. 

7NEWS.az

RƏYLƏR