"Kalaşnikov" yeni tapançasını təqdim etdi

OXUNUB: 836 DÜNYA

"Kalaşnikov" konserni "Lebedev PL-15k" tipli yığcam tapançasını təqdim edib.

İcmal.Az Report-a istinadən xəbər verir ki, bu barədə "Kalaşnikov media"nın mətbuat xidmətinin məlumatında deyilir.

"Yığcam "PL-15k" "Makarov" tapançasının hazırda tutduğu yeri tam əvəz edə bilər", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, yeni tapança uzunluğu, hündürlüyü və çəkisi ilə baza modelindən fərqlənir, "PL-15k"-nın sandığının tutumu 14 ədəd patron təşkil edir, ölçüsü 9x19-dur.

İcmal.Az

RƏYLƏR