Kaliforniyada daşqın və tufan hadisəsi baş verib: 2 ÖLÜ

OXUNUB: 234 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, ABŞ-ın qərbində yerləşən Kaliforniya ştatında "atmosfer çayı” adlı hava dalğası öz təsirini davam etdirir. Ştatın müxtəlif bölgələrində yağan güclü yağış növbəti dəfə daşqınlara səbəb olub. Yaşayış məntəqələri və kənd təsərrüfatı sahələri su altında qalarkən, tufan nəticəsində kökündən qopan ağaclar yollara düşüb. San Fransisko şəhəri tərəfindən edilən açıqlamada fırtınanın səbəb olduğu qəzalarda 2 nəfərin öldüyü bildirilib. Milli Meteoroloji Xidmət ştatın cənubunda iki tornado müşahidə edildiyini açıqlayıb. Ən azı 17 binaya ziyan dəyib, bəzi binaların damları uçub. Sosial mediada paylaşılan görüntülərdə Los-Ancelesin Montebello şəhərində tornadonun dağıntı parçaları atdığı görülüb.

7NEWS.az

RƏYLƏR