7NEWS.az xəbər verir ki, ABŞ-ın Kaliforniya əyalətində 3 həftədir təsirli olan şiddətli fırtına həyata mənfi təsir edib. Kaliforniya Qubernatorluğunun Təcili Yardım Xidmətindən verilən açıqlamada, fırtına səbəbiylə can itkisinin 14-ə yüksəldiyi ifadə edildi. Santa-Kruzda leysan yağışlar nəticəsində baş verən sürüşmə səbəbindən magistralın hər iki istiqamətdə nəqliyyat üçün bağlandığı bir vaxtda çayın üzərindəki magistral körpünün də dağıldığı öyrənilib. Yanğınsöndürmə idarəsindən verilən açıqlamada Ventura çayının daşması nəticəsində köməksiz vəziyyətdə qalan 18 nəfərin xilas edildiyi bildirilib. Kaliforniya qubernatoru Gavin Newsom şiddətli külək və yağışların təhlükəli təsirini davam etdirdiyini bildirib və ictimaiyyəti diqqətli olmağa çağırıb.
7NEWS.az