7NEWS.az xəbər verir ki, Millət vəkili Sameer Zuberi tərəfindən təqdim edilən və Kanadaya gətiriləcək uyğurların səyahət xərclərinin hökumətin də daxil olduğu təklif parlamentdə yekdilliklə qəbul edilib. Proqramın 2024-cü ildə başlaması gözlənilir. Jurnalistlərə açıqlama verən liberal deputat Zuberi bildirib ki, uyğur qaçqın proqramına bütün siyasi partiyaların dəstəyi çox vacibdir. Kanadanın İmmiqrasiya naziri Şon Freyzer "Kanada müdafiəyə ehtiyacı olanlara kömək etmək üçün hər zaman üzərinə düşəni edəcək” dedi. Kanadalı qanunvericilər 2021-ci ilin fevralında Çinin Sincan bölgəsindəki uyğurlara qarşı siyasətini "SOYQIRIM" kimi tanımaq qərarına gəliblər. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, Çindəki konsentrasiya düşərgələrində uyğur və digər müsəlman azlıqlardan ən azı 1 milyon insan həbsdədir. İnsan haqları təşkilatları Pekini bu icmalarda qadınları zorla sterilizasiya etməkdə ittiham edir.
7NEWS.az