Kanada parlamenti 10 min uyğurun ölkəyə gətirilməsi təklifini qəbul edib

OXUNUB: 204 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Kanada Parlamenti Çindən başqa ölkələrə qaçan, lakin geri qayıtmaq üçün təzyiqə məruz qalan 10 min uyğur vətəndaşının qəbul edilməsi təklifini yekdilliklə qəbul edib.

Kanadalı deputat Sameer Zuberinin təqdim etdiyi təklif çərşənbə günü səsə qoyulub. Bütün deputatlar təklifin lehinə səs veriblər.

Təklifdə proqramın 2024-cü ildə başlayacağı və Kanadaya gətiriləcək uyğurların xərclərinin Kanada hökuməti tərəfindən qarşılanacağı qeyd olunub.

7NEWS.az

RƏYLƏR