2026-cı ildən və 2035-ci ildən etibarən Kanadadakı dilerlərdə satılacaq minik avtomobillərinin beşdə biri tamamilə elektriklə işləyən avtomobillər olacaq.
7NEWS.az xəbər verir ki, Kanada istixana qazı emissiyalarını azaltmaq üçün bütün minik avtomobillərini elektrikə çevirməyə hazırlaşır. Kanada Ətraf Mühit və İqlim Dəyişikliyi Nazirliyi tərəfindən edilən yeni qaydaya görə, Kanadada 2026-cı ildən etibarən dilerlərdə satılacaq minik avtomobillərinin beşdə birinin, 2035-ci ildən isə tam elektrikli olması hədəflənir.
Elektrikli avtomobillərin 2030-cu ilə qədər Kanadada bütün avtomobil satışlarının 60 faizini təşkil edəcəyi gözlənilir. Yeni qaydalara əməl etməyən dilerlər, istehsalçılar və ya idxalçılar Kanada Ətraf Mühitin Mühafizəsi Qanununa əsasən cərimələnəcəklər.
İlin ilk altı ayında tam elektrik və hibrid avtomobillərin satışı keçən il 5,2 faiz olduğu halda, yeni qeydiyyata alınan avtomobillərin cəmi 7,2 faizini təşkil edib.
7NEWS.az