Kanadada kilsə məktəbində araşdırma: 66 uşaq məzarı TAPILDI

OXUNUB: 294 Özəl DÜNYA
Kanada kilsə məktəblərində davam edən axtarışlar bölgələrdə uşaq məzarlarının olduğunu göstərən 66 yeni kəşf edib.

7NEWS.az xəbər verir ki, Kanadanın köhnə qəsəbəsindəki kilsə məktəbinin bağçasında işarəsiz qəbirləri axtaran qruplar, işlərinin son mərhələsində ərazidə "uşaq məzarlarının” ola biləcəyini göstərən 66 yeni tapıntı aşkar ediblər.

Araşdırmaçı Uitni Spirinq mətbuat konfransında "Rentgen cihazı ilə etdikləri skanlar nəticəsində St. Mission Joseph-ə məxsus ərazidə uşaqlara qarşı cinayətlərin qalıqlarını tapdılar. Spiring, katolik məktəbinin bağçasında, araşdırmanın nəticələrinə əlavə olaraq, sağ qalanlarla apardıqları müsahibələr və arxiv qeydlərində uşaqlara qarşı cinsi təcavüz nəticəsində dünyaya gələn körpələrin məktəb daxilində və xaricində yandırıldığını üzə çıxardığını bildirib.

7NEWS.az

RƏYLƏR