Kanadanın cənub-şərqindəki Yeni Şotlandiya əyalətində bazar günü başlayan meşə yanğınları səbəbindən minlərlə insan evlərindən təxliyə edilib.
7NEWS.az xəbər verir ki, Halifax Bələdiyyə Başçılığından verilən açıqlamada, ilk təsbitlərə görə yanğında təxminən 200 binanın zərər gördüyü bildirilib. Yanğınsöndürmə idarəsinin açıqlamasında 14 minə yaxın insanın təxliyyə edildiyi və qrupların yanğının yayılmasının qarşısını almaq üçün çox çalışdığı qeyd edilib. Kanadanın Alberta əyalətində mayın 6-da başlayan meşə yanğınları səbəbindən 29 min insan evlərindən təxliyə edilib. Alberta əyalətinin baş naziri Danielle Smith əyalətdə fövqəladə vəziyyət elan etdiklərini açıqlayıb.
7NEWS.az