Kanadanın Toronto şəhərinin şimalındakı Voqan şəhərində mənzildə baş verən atışmada 5 nəfər həlak olub.
7NEWS.az xəbər verir ki, Kanadanın Voqan şəhərində bir mənzildən atəş səsləri eşidilib. York Regional Polisindən verilən açıqlamada hadisənin yerli vaxtla saat 19:20 radələrində baş verdiyi və binaya hücum edən şəxsin ətrafına atəş açdığı bildirilib. Silahlı hücumda 5 nəfər həyatını itirərkən, polislə qarşıdurmada şübhəli də öldürülüb. Polis bir nəfərin ağır xəsarətlərlə xəstəxanaya aparıldığını da açıqlayıb. Polis MacSween hadisə yerində verdiyi açıqlamada, ictimai təhlükəsizliyi təhdid edən bir vəziyyətin olmadığını bildirib və "Qurbanların ailələrinə başsağlığı veririk" deyib.
7NEWS.az