Karantində “Vasmoy” bazarı - Fotolar

OXUNUB: 1136 SOSİAL

Məlum olduğu kimi, Azərbaycanda xüsusi karantin rejiminin mayın 4-ünə kimi uzadılması ilə "İcazələrin Alınması və Monitorinqi Sistemi”nin də vaxtı uzadıldı. 

Karantin qaydaları ilə bağlı hələ ki, dəyişiklik olmasa da, Bakıda maşınların sayı ilə bərabər, insanların da sayı xeyli artıb. Vətəndaşların daha çox toplaşdığı yerlərdən biri də "8-ci kilometr bazarı"dır. "Karantindən əvvəl və sonra” sözü bu bazara aid deyil. "Vasmoy” bazarında əvvəl necə qızğın alver gedirdisə, indi də satıcılar həmin templə işləyirlər. Alış-veriş edənlərdən əlavə, bura dilənməyə gələnlərə, nərd oynayanlara və ya bazarlığa ailəliklə çıxanlara da rast gəlinir. 

Rəsmi rəqəmlərə görə, 8103 icazə xidmətinə indiyədək vətəndaşlar tərəfindən 16 milyon SMS göndərilib. Onlardan 72 faizinə müsbət cavab verilib. 

Ən çox istifadə olunan kod isə 2-dir. Yəni, sakinlər yaşayış yerini daha çox ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar tərk edirlər. 

"Qafqazinfo”nun fotoqrafı Pərvin Zeynalın Bakının müxtəlif ərazilərindən, eyni zamanda sözügedən bazardan çəkdiyi fotoları təqdim edirik:

 





















 

RƏYLƏR