7NEWS.az xəbər verir ki, Sotheby's hərrac evi tərəfindən "Royal & Noble" adlı hərracda xüsusi kral parçaları, zadəganlara məxsus zinət əşyaları və qiymətli əşyalar satışa çıxarılıb. Kardaşyanın bu kolleksiyada satışa çıxarılan Attallah Xaç üçün 197 min 453 dollar ödədiyi öyrənilib. 5,25 karat brilyantla bəzədilmiş boyunbağı Fələstin əsilli İngilis iş adamı Naim Attallah tərəfindən lüks zərgərlik dizayneri Garrarddan alınıb və Dianaya hədiyyə edilib. Diana bu boyunbağı bəzi xeyriyyə tədbirlərində taxıb. Kardaşyan daha əvvəl Elizabeth Taylor və Jacqueline Kennedy Onassis kimi məşhur adlardan zinət əşyaları almışdı.
7NEWS.az