7NEWS.az xəbər verir ki, Almaniyada iki iqlim fəalı Klod Monenin 2019-cu ildə 110 milyon dollara satılan "Les Meules” ("Taxıl yığını”) tablosuna kartof püresi atıb və əllərini tablonun asıldığı divara yapışdırıblar. Polisdən verilən açıqlamada iki fəalın nəzarətə alındığı və muzeyə icazəsiz girərək maddi ziyan vurduqları üçün barələrində araşdırma aparılacağı bildirilib. "Letzte Generation” qrupu Almaniya hökumətindən iqlimi qorumaq üçün kəskin tədbirlər görməyi və qalıq yanacaqlardan istifadədən imtina etməyi tələb edir.
7NEWS.az