Dayə uşağın gözü qarşısında anasını amansızcasına qətlə yetirib.
30 yaşlı Alena Krılova İrina və Alekseya Smolinıxın ailəsində çalışırmış. 3 yaşlı Paşuya dayəlik edən qadın zamanla uşağa anası kimi bağlanıb. Bir müddət sonra düşünüb ki, uşağa öz anasından yaxşı analıq edə və o evin xanımı ola bilər. "Kaş onun əri mənim ərim olaydı" arzusuyla yaşayan dayə uşağın gözü önündə anasına 15 bıçaq zərbəsi endirərək öldürüb. /big
İcmal.Az