Kataloniyada qanlı referendum - Xeyli yaralı və həbs edilən var - YENİLƏNİB - VİDEO - FOTO

OXUNUB: 753 DÜNYA

13:26

İcmal.Az qafqazinfo-ya istinadən xəbər verir ki, seçkini əngəlləməyə çalışan polislə kataloniyalılar arasında toqquşma baş verib.

Polis seçcilərə dəyənək, bibər qazı və su şırnaqları ilə sərt müdaxilə edib.

Etirazçılar arasında çoxlu sayda yaralı və həbs edilən var.

----------

13:13

Qərbdə "insan haqları", "millətin öz müqəddaratını həll etmək hüququ", "açıq cəmiyyət" və s. kimi aprior sayılan prinsiplərin şüarlara çevrilməsi, siyasətdə və dövlətlərarası münasibətlərdə təzyiq alətinə dönməsi elə Qərb ölkələrinin özləri üçün fəlakətli nəticələr verməyə başlayıb.

Dövlət terrorizmi siyasəti yürüdən və Azərbaycan ərazilərinin 20 faizini işğal edən Ermənistanın əməllərinin qarşısının alınmasını tələb edəndə Bakı bəyanatlarla və qərarlarla qarşılaşır. Beynəlxalq təşkilatlar işğalçı Ermənistanla bağlı qəbul etdikləri bu sənədlərin icrası, sonrakı taleyi barədə əsla maraqlanmır.

İndi isə Avropa Birliyinin özündə separatçı qüvvələrin fəallaşması, Kataloniyadakı referendum olayları dünya birliyinə göstərir ki, belə təhlükələri olduğu kimi dəyərləndirməmək, onların təzahür formaları ilə ilkin mərəhələdə mübarizə aparmamaq nə qədər təhlükəlidir.

11:57

Kataloniyada müstəqilliklə bağlı referendumda səsvermə başlayıb.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, məktəblərdə açılan 2300 seçki məntəqəsinin 1300-ü İspaniya polisinin nəzarəti altındadır və bağlanıb.

Buna görə də səsvermə bütün seçki məntəqələrində keçirilmir.  Bəzi seçki məntəqələrinə polislə toqquşmalar başlayıb. Kataloniya muxtariyyətinin hakimiyyəti səsverməyə 1 saat qalmış bəyan edib ki, Kataloniya sakinləri şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə istənilən seçki məntəqəsində səs verə bilərlər. 

----------

10:46

Bu gün İspaniyanın Kataloniya bölgəsində müstəqillik keçirilməsi nəzərdə tutulub.

İcmal.Az qafqazinfo-ya istinadən xəbər verir ki, artıq dünəndən etibarən referendum tərəfdarları küçələrə axışaraq növbə çəkməyə başlayıblar. 

Bir çoxları səsvermənin keçiriləcəyi məntəqələrdə gecələyiblər.

Bəzi şəhərlərdə isə referendum əleyhdarları da aksiya keçiriblər.

Məlumata görə, İspaniya polisi seçki məntəqəsi kimi istifadə edilməsi planlaşdırılan 2315 məktəbdən 1300-nü bağlayıb.

Kataloniya hökuməti isə bütün təzyiqlərə və məhdudiyyətlərə baxmayaraq referendumu keçirməkdə israrlıdır.

Qeyd edək ki, 46 milyon əhalisi olan İspaniyanın Kataloniya bölgəsində 7,5 milyon insan yaşayır.

-----------

09:26

İspaniya polisi Kataloniyada müstəqillik referendumu zamanı seçki məntəqəsi kimi istifadə edilməsi planlaşdırılan məktəblərin əksəriyyətini bağlayıb. 

APA-nın "Röyters"ə istinadən verdiyi xəbərə görə, polis əməkdaşları 2315 məktəbdən 1300-nü bağlamağa müvəffəq olub. Səsvermənin təşkil olunacağı daha 163 məktəb binası referendum tərəfdarları tərəfindən zəbt edilib.

Qeyd edək ki, İspaniyanın Kataloniya bölgəsinin rəhbərliyi bu gün müstəqillik referendumu keçirməyi planlaşdırıb. Rəsmi Madrid referendumu qanunsuz elan edib.

Sorğuların nəticələrinə əsasən, yerli əhalinin 41 faizi muxtar bölgənin müstəqil olmasını dəstəkləyir, 49 faizi isə əleyhinədir. 

İcmal.Az


Полиция силой выводит желающих проголосовать на референдуме в Каталонии

Полиция начала закрывать избирательные участки в Каталонии

Kataloniyada qanlı referendum - Xeyli yaralı və həbs edilən var - YENİLƏNİB - VİDEO - FOTO

Kataloniyada qanlı referendum - Xeyli yaralı və həbs edilən var - YENİLƏNİB - VİDEO - FOTO

Kataloniyada qanlı referendum - Xeyli yaralı və həbs edilən var - YENİLƏNİB - VİDEO - FOTO

Kataloniyada qanlı referendum - Xeyli yaralı və həbs edilən var - YENİLƏNİB - VİDEO - FOTO

RƏYLƏR