Keçmiş bələdiyyə sədri adam öldürdü - FOTO

OXUNUB: 872 DÜNYA

Türkiyənin Ərzurum şəhərində keçmiş bələdiyyə başçısı Y. Y. adam öldürüb.

Dadaşköy Bələdiyyə başçısı Y. Y.,bir adamın boğazını kəsib, iki nəfərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Dəhşətli hadisədən sonra qaçan keçmiş başçı yaralı olaraq tutulub.

Hadisə bu gün saat 09.30 radələrində Ərzurum mərkəzində yerləşən heyvan bazarının içərisində baş verib. Məlumata görə, köhnə Dadaşköy Bələdiyyə başçısı Y. Y. aralarında heyvan alış-verişi səbəbindən alacaq-verəcək məsələsinə görə qan töküb.

 

İstintaq qrupu araşdırma aparır./milli

 İcmal.Az


RƏYLƏR