7NEWS.az xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi bəyan edib ki, Federal Təhqiqatlar Bürosunun (FBI) keçmiş yüksək rütbəli əks-kəşfiyyat zabiti Çarlz Makqoniqal rusiyalı oliqarxa ABŞ sanksiyalarından yan keçməyə kömək etməkdə günahını etiraf edib.
Nyu York Cənub Bölgəsi Prokurorluğunun yazılı açıqlamasında deyilir: "Nyu-York FBI-ın Əks-Kəşfiyyat Şöbəsindən məsul olan keçmiş xüsusi agent ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün sui-qəsddə günahını etiraf edib".
7NEWS.az