Keçmiş rəis müavini Komitəyə qarşı - Firkət Ələsgərli məhkəmədən nə istəyir?

OXUNUB: 450 SOSİAL
Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İstintaq Baş İdarəsinin keçmiş rəis müavini polkovnik Fikrət Ələsgərli məhkəməyə müraciət edib. 

Polkovnik Bakı İnzibati Məhkəməsində DGK barəsində iddia qaldırıb. 

Elvin Əliyev iş üzrə hakim təyin edilib.  Məhkəmə iclasının vaxtı bəlli deyil. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən ibarətdir. Detallar haqqında açıq mənbələrdə məlumat yoxdur. 


Firkət Ələsgərli 2022-ci ildə vəzifəsindən ayrılıb. O, mediaya açıqlamasında 23 illik fəaliyyətdən sonra öz istəyi ilə işdən getdiyini bildirib. 2017-ci ildə Firkət Ələsgərli "Əməkdar hüquqşünas" fəxri adına layiq görülüb. 

2022-ci ilin iyul ayında Dövlət Təhlükəsizlik Xidməti (DTX) DGK-da əməliyyat keçirib. Bu əməliyyat nəticəsində Fikrət Ələsgərlinin rəisi general Məsum Rəsulov da saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb və Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. /Qaynarinfo

RƏYLƏR