Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
İcmal.Az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Bakı küçəsində qeydə alınıb.
Belə ki, şəhərdaxili mikroavtobusla "Mercedes" markalı minik avtomobili toqquşub. İdarəetmədən çıxan "Mercedes" markalı avtomobil yolun kənarında dayanan "VAZ-21011" markalı avtomobilə arxadan çırpılıb.
Həmin vaxt öz avtomobilinin qabaq hissəsində dayanan "VAZ-21011" markalı avtomobilin sürücüsü, Kəlbəcər rayon sakini, 1956-cı il təvəllüdlü Arif Alı oğlu Niftaliyev öz avtomaşınının altında qalaraq, ağır bədən xəsarətləri alıb.
Yaralı ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılsa da, orada ölüb.
Faktla bağlı araşdırmalara başlanılıb.
İcmal.Az